Ən Üstün Psixologiya Xidmətlərindən Yararlanmaq Üçün Bu Linkə Daxil Olun
Bayram günlərində rayonlarda hava necə olacaq?
Bayram günlərində rayonlarda hava necə olacaq?
 
						Bayram günlərində rayonlarda hava necə olacaq?
Əlavə olunub: 03.17.2023 | 17:30 | Baxılıb: 2075
Azərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “azwap.az”ya verilən xəbərə görə, istirahət və bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən qeyri-sabit keçəcəyi, qısa fasilələrlə yağıntılı olacağı gözlənilir.

Martın 19-u axşamdan 24-ü axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 21-i axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək.

Gözlənilən yağıntılarla əlaqədar bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.

Ana Sehifeye Geri Don ©Azwap.az 2021-2022