Ən Üstün Psixologiya Xidmətlərindən Yararlanmaq Üçün Bu Linkə Daxil Olun
Əfqanıstanda güclü zəlzələ oldu, 8 ölkədə hiss edildi
Əfqanıstanda güclü zəlzələ oldu, 8 ölkədə hiss edildi
 
						Əfqanıstanda güclü zəlzələ oldu, 8 ölkədə hiss edildi
Əlavə olunub: 03.21.2023 | 21:06 | Baxılıb: 5543
Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib.

“azwap.az” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Məlumata görə, zəlzələnin episentri İşkaşim şəhərindən 48 kilometr cənub-qərbdə yerləşib. Sözügedən şəhərdə 12 mindən çox əhali yaşayır.

Zəlzələ Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanda da hiss olunub. 

Hələ ki dağıntı və tələfat barədə məlumat verilməyib.

Ana Sehifeye Geri Don ©Azwap.az 2021-2022