Ən Üstün Psixologiya Xidmətlərindən Yararlanmaq Üçün Bu Linkə Daxil Olun
Gömrük generalları ev dustaqlığına buraxıldılar
Gömrük generalları ev dustaqlığına buraxıldılar
 
						Gömrük generalları ev dustaqlığına buraxıldılar
Əlavə olunub: 03.18.2023 | 12:30 | Baxılıb: 5122
Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi gömrük xidməti general-mayoru Məsum Rəsulov və Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.

“azwap.az"in APA-ya istinadən xəbərinə görə, bu barədə onların vəkilləri məlumat verib.

Məsum Rəsulov və Ehtiram Xəlilov ittiham olunduqları dövlətə vurulan ziyan məbləğini tam həcmdə dövlət büdcəsinə ödəyiblər.

Məhkəmə tərəfindən müdafiəçilərin vəsatətləri təmin edilərək onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda barələrində cinayət işi davam edir.

Qeyd edək ki, gömrük generalları külli miqdarda mənimsəmə cinayətlərində təqsirləndirilirlər.

Ana Sehifeye Geri Don ©Azwap.az 2021-2022