Ən Üstün Psixologiya Xidmətlərindən Yararlanmaq Üçün Bu Linkə Daxil Olun
Maşınla pilləkəndə oturan anasını vurub öldürdü
Maşınla pilləkəndə oturan anasını vurub öldürdü
 
						Maşınla pilləkəndə oturan anasını vurub öldürdü
Əlavə olunub: 03.20.2023 | 11:40 | Baxılıb: 4536
Martın 1-də Balakən rayonunda baş vermiş bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alan və Bakıda Respublika Klinik Xəstəxanasına yerləşdirilən 1964-cü il təvəllüdlü Məlahət Qarayeva vəfat edib.

“azwap.az” xəbər verir ki, Talalar kəndində yaşadığı evin həyətində xəsarətlər alan qadın martın 17-də dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, martın 1-də Balakən rayonunun Talalar kənd sakini, 1990-cı il təvəllüdlü Günay Qarayeva yaşadığı evin həyətində “Niva” markalı avtomobili idarə edərkən maşını pilləkəndə oturan anasına çırpıb. Qadın ağır xəsarətlər alıb və Respublika Klinik Xəstəxanasına göndərilib. 16 gün sonra isə 59 yaşlı qadın dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ana Sehifeye Geri Don ©Azwap.az 2021-2022