Ən Üstün Psixologiya Xidmətlərindən Yararlanmaq Üçün Bu Linkə Daxil Olun
Parisdə zibil aşıb-daşacaq — Fotolar
Parisdə zibil aşıb-daşacaq - Fotolar
 
						Parisdə zibil aşıb-daşacaq 
							 - Fotolar
Əlavə olunub: 03.21.2023 | 19:26 | Baxılıb: 2781
Fransanın paytaxtı Parisdə zibil yığımına cavabdeh olan kommunal işçilər pensiya islahatına qarşı 2 həftəyə yaxındır keçirdikləri tətili davam etdirmək qərarına gəliblər.

“azwap.az” xəbər verir ki, bu barədə məlumatı “Le Figaro” yayıb. 

Məlumata görə, tətilin müddəti martın 27-sinə qədər uzadılıb. Bu isə Parisdə tullantıların daşınmaması ilə bağlı yaranan problemləri daha da kəskinləşdirəcək. 

Digər şəhərlərin də bu tətilə qoşulacağı gözlənilir. 

Qeyd edək ki, martın 20-sinə olan məlumata görə, Parisdə tullantı qablarının yanında 9300 ton zibil yığılıb. Bələdiyyə rəsmiləri yığılıb qalan tullantıların daşınması üçün 2 həftə vaxt tələb olunacağını qeyd edib. 

Xatırladaq ki, Fransada senator və deputatlardan ibarət Müştərək Komissiya ölkədə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan maddəni qəbul edib. Bununla yanaşı, pensiya islahatının yekun mətni Senatda da qəbul edilib.






Ana Sehifeye Geri Don ©Azwap.az 2021-2022