Şəhid pilotların son danışıqları, yadigar övladları... — Fotolar
Şəhid pilotların son danışıqları, yadigar övladları... - Fotolar
 Şəhid pilotların son danışıqları, yadigar övladları...  - Fotolar
Əlavə olunub: 12.01.2022 | 20:00 | Baxılıb: 3853
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından bir il keçdi.

Lakin 14 şəhid hərbçi ailəsi üçün bəlkə də heç nə keçməyib. Onlarla söhbət etdikcə daha yaxşı anlayırsan bunu.

“azwap.az” həmin gün şəhid olan kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev ilə danışıb.

1000 846

Əvvəl atasına görə oğlundan hal - əhval tutanlar, indi oğluna görə atasının qolundan tutub bağırlarına basırlar...

- Hara gedirsən?

- Neynirsən ki, ata?

- ...

- Təlimə hazırlaşırıq.

- Bu gün gedirsiz?

- Sabah. İndidən silahlanırıq...

Bu, Xəyyamın ona görə qolundan tutub bağırlarına basdıqları Əlixan kişi ilə olan son danışığıdır. İndi bu səs hər dinlədikcə ailəyə Xəyyamın qoxusunu verir.

Şəhidin atası deyir ki, iki oğlu var, müharibədə övladlarının biri əsgər, digəri zabit kimi xidmət edib:

“İki oğlum var. Xəyyam və Fərman. Mən bu gün fəxrlə deyə bilirəm ki, hər iki oğlu 44 günlük müharibədə xidmət edən yeganə vəzifəli şəxsəm. Özüm Əmircan rayon qəsəbə nümayəndəsiyəm. Keçmiş adla desək, “kənd soveti”.

Əfsuslar olsun ki, Vətən Müharibəsindən qayıdandan sonra oğlum şəhid oldu. Cəmi 22 gün çəkdi. Kiçik oğlum Fərman isə 2016-cı ildə Aprel döyüşlərində əsgər kimi iştirak eləyirdi. Vətən Müharibəsində isə Füzulidən Şuşaya kimi vuruşa-vuruşa 96 gün döyüşdü”.

1000 1182

Xəyyam Vətən Müharibəsində helikopter ilə yaralı və sursat daşıyırmış. Hətta son 7-8 ayı 2 vəzifə icra edib. Həm komandirin silah üzrə müavini idi, həm də hərbi pilot:

“Xəyyam 1990-cı il dekabrın 17-də Bakı şəhəri Əmircan qəsəbəsində anadan olub. 154 saylı orta məktəbini rus bölməsi üzrə bitirib. Həmin ili Aviasiya  Akademiyasına daxil olur. Bakalavr və magistr pillələri üzrə təhsil alır. Sonra hərbi xidmətə yollanır. Xidmətdə olarkən kursa yazılaraq leytenant rütbəsini alır. Oğlum nümunəvi tələbə olduğuna görə Arif Paşayev onu şəxsən tanıyıb. O, oğluma prorektor Ədalət müəllimdən xəbər yollamışdı ki, müəllim işləsin. Lakin oğlum hərbi sahəni seçdi. Xidmət etdiyi hərbi hissədə kapitan rütbəsinə kimi qalxdı. Bir neçə dəfə xarici ölkəyə gedib. Rus, ingilis dillərini mükəmməl bilirdi. Ona görə Rusiyaya gedib helikopterlərin təhvil-təslim işləri ona həvalə edilmişdi. 2014-cü ildən başlamışdı xidmətə. Evliydi, bir oğlu yadigar qalıb. Mənim adımı daşıyır – Əlixan. Hazırda 3 yaşı var.

Oğlum Əmircan qəbiristanlığında dəfn olunub. Yeganə pilot şəhiddir ki, ölümündən sonra Prezident onu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Elə ordeni dünən general-leytenan Əfqan müəllim verdi mənə”.

1000 1333

Şəhid mayor Murad Məmmədovun həyat yoldaşı Aysel Məmmədova “azwap.az”ya danışarkən son hadisə barədə bunları deyir:

“Son danışığımızı xatırlayıram. Evimizdə təmir işləri gedirdi, ancaq o, təlimə getməyə hazırlaşırdı. Mənə dedi ki, sən təmirlə bağlı seçimlərini edərsən, mənim bu günlərdə vaxtım olmayacaq. Səhər də adi şəkildə işə getdi. Həmin vaxtlarda təlimlər tez-tez olduğuna görə bizim üçün həmin gün də qeyri-adi deyildi.

1000 1338

“Mən o 2 yaralıdan birinin Murad olacağını gözləyirdim…”

1000 750

"Bu, Muradın müharibədən qayıtdığı gün övladları ilə çəkilən şəklidir..."

Helikopterin qəzaya uğraması xəbərini təxminən saat 1-ə qalmış eşitdim, amma orada Muradın olmasını ehtimal belə eləmədim. Çünki onlar adətən helikopter sürmürdülər. Sonradan bildim ki, təlimə helikopterlə gedirlərmiş. Həmin gün yaxşı xəbərin gəlməsi üçün bir neçə saat televizorda heç nəyə baxmadım. Özünün zəngini gözləyirdim. Saat 4-də günboyu qaçdığım o xəbəri eşitdim. O vaxta kimi 14 hərbçinin şəhid olduğunu, 2 nəfərin yaralandığı deyirdilərsə də, mən o 2 yaralıdan birinin Murad olacağını gözləyirdim. Ancaq olmadı...”.

1000 10001000 750

Murad Məmmədov hərbidə 17 il xidmət eləyib. Xidməti ərzində 9 medalla təltif olunub.

Reallaşan və qalan arzuları...

“Murad 1986-cı il yanvar ayının 2-də keçmiş Gümrü şəhərində anadan olub. Ailədə 4 nəfər idik. 2 qızımız var. 9 və 7 yaşlarında. O, rəssamlıqla məşğul olurdu. Tofiq İsmayılov adına uşaq-gənclər yaradıcılıq mərkəzində 5 il təhsil alıb. Rəssamlıq Akademiyasına hazırlaşdığı dövrdə gözlənilmədən istiqamətini dəyişərək hərb sahəsini seçib. Hərbçi ola-ola da rəssamlığına davam edirdi. Son illər buna daha çox vaxt ayırırdı. Hazırda onun çoxsaylı əl işləri var. Ən böyük istəyi də ehtiyyata buraxılandan sonra özünün emalatxanasını açmaq idi. 3 ili qalmışdı... Alınmadı”.

1000 1333

Murad Məmmədov müharibənin başladığı gündən "AN-2 Antonov" təyyarələrini idarə edən yüksək hazırlıqlı pilotlardan biri olub.  Düşmənin hava hücumundan müdafiə sistemlərinin yerinin aşkarlanmasında xüsusi əhəmiyyətə malik olan bu əməliyyatlarla bağlı şəhid mayor Murad Məmmədov Türkiyənin tanınmış hərbi eksperti, jurnalist-yazıçı, keçmiş komando, İstanbuldakı “Bahçeşehir” Universitetinin müəllimi Abdullah Akara verdiyi müsahibəsində geniş bəhs edib. Abdullah Akarın Vətən müharibəsi və şəhidlər haqqında yazdığı kitabında sözügedən müsahibə də dərc olunub.

M.Aysel deyir ki, onu hüquqi varisi kimi dəvət edib qəzanın araşdırma işi barədə məlumat verəcəkdilər:

Lakin sonra ictimaiyyətə açıqlanan qədəriylə bildirdilər ki, qəza pilot səhvinə görə olub. Yəni helikopterdə heç bir texniki nasazlıq, yaxud qəsd hadisəsi olmayıb. Mən sadəcə bunları bildim”.

Mayor Murad Məmmədob İkinci fəxri xiyabanda dərfn olunub.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. 

Azadə Yolçu

Ana Sehifeye Geri Don ©Azwap.az 2021-2022