Bizə WhatsAppdan Mesaj Göndər
 "Moskvaya getdiyim üçün Əməkdar artist məni təhqir etdi" - Kərim - xeberler
Hər Dəqiqə Yenilənən Xəbərlər
"Moskvaya getdiyim üçün Əməkdar artist məni təhqir etdi" - Kərim
"Moskvaya getdiyim üçün Əməkdar artist məni təhqir etdi" - Kərim
"Bir sənətçi dostumla oturmuşduq. Başqa bir sənət adamı ona zəng vurdu, bu da səsi açdı. Bakıdan zəng edən şəxs mənim ünvanıma təhqiramiz söz dedi".

Axşam.az xəbər verir ki, bu szöləri müğənni Kərim Abbasov "ATV səhər" proqramında deyib. Sənətçi adını açıqlmadığı Əməkdar artistin onu təhqir etməsindən danışıb. Kərim bildirib ki, buna səbəb onu Rusiyada tez-tez toylara dəvət alması olub:

"Qulaq asdım, o da çatdırıb mikrofonu bağlaya bilmədi. Dedim ki, bağlama, qoy, tanıyım hamını... Təhqirlə dedi ki, Kərim orada nə edir? Mənim Moskvada olmağım onu yandırıb. Münasibətimiz də əladır, məni görəndə "canım, qardaşım" deyir. Bəydir və Əməkdar artistdir.

Onda başa düşdüm ki, hansı dərəcədə olan müğənniyəm. Mənə ləzzət etdi, ona nə cavab verdim, nə üzünə vurdum. Onu bu gündən sonra lap çox yandıracam. Başqasını bir dəfə öpürəmsə, onu üç dəfə öpəcəm. Vaqif Gərayzadə deyir ki, müğənni çoxdur, amma aşsüzəndən keçirsən, yenə beşi qalır. Ona görə də bu gün beş müğənni varsa, onun on beşi özüməm".

Baxılıb: 972   Tarix: 17 yanvar 2022
Geri Qayit
Ana Sehifeye Geri Don MobTop.az
©Azwap.az 2021-2022